1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
25 dekabr 2024-cü ildə "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysi ilə uçan Embraer tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərdən 38-i həlak olub, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.
İlkin araşdırmalar nəticəsində təyyarənin Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulduğu məlum olub.
Beynəlxalq hüquqda mülki uçuşlarla bağlı fəaliyyət necə tənzimlənir? Hansı müqavilələr var? Rusiya tərəfi hadisə zamanı Ukrayna tərəfindən Qroznı şəhərinə hücum edildiyini bildirdi. Belə bir vəziyyətdə Rusiya sərnişin təyyarəsinin təhlükəsizliyini təmin etmək üçün nə etməli idi? Rusiya bu hadisə ilə bağlı hansı məsuliyyəti daşıyır? Azərbaycan öz hüquqlarını müdafiə etmək üçün beynəlxalq hüquq çərçivəsində hansı addımları ata bilər?
Beynəlxalq hüquq mütəxəssisi Fərhad Aznevi Oxu.Az-ın mövzu ilə bağlı suallarını cavablandırıb.
Müsahibənin tam versiyasını aşağıdakı videodan izləyə bilərsiniz: