ABŞ-ın Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi bildirib.
Qeyd olunub ki, avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.
Şəhərin meri Latoya Kantrell hadisə ilə bağlı Ağ Evlə əlaqə saxladığını bildirib. O, baş verənləri “terror aktı” adlandırıb.