1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
On yaşlı Məryəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Vəfa Əliyeva məlumat verib.
O bildirib ki, övladı Neyrofibromatoz xəstəliyindən (Reklinqxauzen xəstəliyi) əziyyət çəkir:
"Məryəmin on yaşı var. O. neyrofibromatoz xəstəliyindən əziyyət çəkir. Hazırda üzündəki şiş o qədər böyüyüb ki, qulağına və gözlərinə problem yaradır. Həkimlər hazırda onun müalicəyə alınmalı olduğunu, daha sonra isə əməliyyatla qulağındakı şişi götürəcəklərini deyiblər".
Gənc ana Məryəmdən başqa iki övladı da olduğunu deyib:
"Mənim Məryəmdən böyük bir qızım, bir də kiçik oğlum var. Böyük qızımda qıcolma, oğlumun isə böyrəklərində problem var. İki dəfə əməliyyat keçirib. Uşaqların atası bizi illər əvvəl atıb gedib, uşaqları ilə nə maraqlanır, nə də dəstək olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 826-33-61.
Kapital Bank: 4169 7388 9844 3787.