AZ

“Demokratiya ixracı” və “çiy süd içmiş”insan ovladı...

Hansısa ölkədə qadının başına çadra örmək, ona azadlıq vermək, hətta podiumda əzalarını nümayiş etdirmək iznini  o ölkənin adamları verməlidir-  hansı QHT  istəyir pisləsin, bəyanat versin, amma ora qoşunla, dəf-dumbulla müdaxilə etmək son nəticədə heç nəyi dəyişməyəcək... 

2025-ci ildə dünyanın yeni mənzərəsinin necə olacağını düşünməyə zaman tapmamış ilk pis xəbəri Yeni Orleanadan gəldi.  Yeni ili qeyd etmək üçün toplaşan insanlara ciplə hücum zamanı ən azı 10 nəfər həlak olub. İlkin məlumatlar onu deməyə əsas var ki, terroru törədən şəxs daha çox insanı öldürmək istəyirmiş...  

scale_1200 

2024-cü il də belə başlamışdı. İlk teroru aktı  yanvarın 3-də İranın Kerman şəhərində Qasım Süleymanın həlakının dördüncü ilində baş vermiş, nəticədə 105 adam terror aktının qurbanı olmuşdu. Həmin terroru törədən “Vilayəti- Xorasan”ın  adını Moskva vilayətində martın 22-də “ Crokus Sity”dəki dəhşətli teror aktında yenidən eşitdik. Bu dəfə terror aktının qurbanlarının sayı 145 nəfər oldu...     

Amerika ədalətsiz hökmlər səbəbindən 50 il  günahsız həbsdə yatanların hekayələri ilə doludur  

Ədalətli və dinc dünya formulunu tapmaq “çiy süd içmiş”insan ovladı varkən mümkün olmayacaq. Amma dinc və hüzurlu dünya düşünən insanların ortaq səyləri nəticəsində qismən də olsa, sığortalmaq mümkündür. Bunun  əsas yollarından biri isə ədalət prinsipidir. Amma bu ədalət prinsipi heç də Qərbin digər ölkələrə sırımaq istədiyi “demokratiya” və “insan hüquqları” deyil. Bəli, Hollivud  filmlərində bunu təbliğ edirlər, məsələn, bir vəkil məhkəmədə kiminsə günahsız olduğunu sübut edir, ədalət təcəlli edir və sairə... Amma o da var ki, Amerika ədalətsiz hökmlər səbəbindən 50 il  günahsız həbsdə yatanların da hekayələri ilə doludur. 

ghjghjghj.JPG

Böyük siyasətə gəlincə, baxın, Suriyada nə qədər ki, böyük(məkrli) güclər-İran, Rusiya və Amerika nüfuz davası aparırdı, ölkə qan ağlayırdı.  İndi “Suriya xalqı  özü öz göbəyini kəsmək istəyir”, ölkədə hələ kövrək də olsa, əmin-amanlıq var, silahlı dəstələr bir orduda birləşməyə belə razıdırlar.  Bu  görüntü aldadıcı, müvəqqəti də ola bilər, amma bu bir nümunədir. Eləcə də 20 il həm əsgərini, həm pullarını Əfqanıstanda güdaza verən Amerika qaçdıqdan  sonra iqtidara yiyələndiyi Taliban... Onlar xüsusilə qadına  münasibətdə hədsiz radikal yanaşma sərgiləyirlər, amma iqtidarda özləridir, o qadını nəhayətdə sevən də, döyən də, ailəsinə arvad edəndə əfqan kişiləridir. Bu münasibət qadın azadlığını məhdudlaşdırır, Allah qadınlar da kişilərlə bərabər hüquqda tanıyır, bunlarla razı olmamaq mümkün də deyil.  Hansısa ölkədə qadının başına çadra örmək, ona azadlıq vermək, hətta podiumda əzalarını nümayiş etdirmək iznini də o ölkənin adamları verməlidir. Hansı QHT  istəyir pisləsin, bəyanat versin, amma ora qoşunla, dəf-dumbulla müdaxilə etmək son nəticədə heç nəyi dəyişməyəcək. Bunu kənardan gəlib başqa bir güc hər hansı adla etsə, çoxluqda qıcıq doğuracaq, narazılıq yaradacaq. Zamanı gələcəksə, bu çadranı onun başına örtənə də, başına müsibət gətirənə o toplum özü cavab verəcək, ya da verməlidir.  

fgfgfgf.JPG

“Demokratiya, insan haqları heç bir dövlətin daxili işi deyil”. “Gör-götür” dünyasında həqiqətən də qadağalar gətirmək çətindir, amma hansısa cəmiyyətlərin “tör-töküntülərini ixrac etmək”də mənasız işdir. Baxın, Gürcüstan hələ sovet dövründə Qafqzda fərqli başdılar, tutaq ki, erməni kimi torpaq hərisi,  ya da bizim kimi aşırı torpaq (vətən) sevdalısı deyillər. Amma onlara “Qərb dəyərlərini” elə bir “iynə” ilə yeritməyə çalışdılar ki, “əks reaksiya” verdi. Sən bir ölkənin iqtidarını cəza kəsə bilərsən, amma bir xalqı seçiminə görə cəzalandırmaq istəyi ikrah doğurur. Qərbin Gürcüstana sanksiyalar siyasəti bunun təsdiqidir. Belə ədalət dünya olmur, belə ədalətə dəvət heç olmur...  

Daha konkretləşsək,  ABŞ administrasiyası son 4 illik Cənubi Qafqaz siyasətində ədalətli yanaşma prinsipini pozub. Təkcə Gürcüstanın qanuni hakimiyyətini iğtişaşlarla devirməyə çalışmayıb, Ermənistanı da Azərbaycana qarşı silahlandırmaqda davam edib. Ona görə yola saldığımız il Azərbaycan-ABŞ münasibətlərində daha çox gərginliklərlə yadda qaldı. Xüsusilə, “insan haqları” və “demokratiya” şüarı altında Azərbaycana qarşı təzyiqlər, ölkənin daxili işlərinə qarışmaq cəhdləri ikitərəfli münasibətlərdə müəyyən çətinliklər yaratdı. Amerika istənilən mövzuda ədalət tərəzisini özünə sərf edən həddə “əyib”,  dünyada ədalət çarçısı olmaq lüksunu çoxdan itirib. Bu yanaşmalar  ABŞ-ın daxili siyasətində də  ciddi problemlərə yol açıb. Necə olur ki, başqa bir ölkədə kiminsə həbsini ədalətsiz hesab edirsən, amma özün də doğma oğlunu ağır ittihamlara, cəmiyyətin mövqeyinə baxmayaraq məsuliyyətdən kənar saxlamaq üçün əfv edirsən? Amerika daxilindən ciddi zədələlər almaqda davam edir və bu cür terror aktlarını “dəliliklə”,  psixoloji problemlərlə izah etməklə iş bitmir.       

2-8-1024x768.jpg 

 Prezident İlham Əliyevin xalqa Yeni  il  müraciətində Qərbin bu cür ədalətsiz yanaşmalarına zaman baxımında ötəri münasibət bildirdi. ABŞ-ın adını çəkmədi, ümumi “COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrindən, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarından və saxta media orqanlarındann”  narazılğını bildirdi.  Anlaşıldı ki, bu qərəzli münasibət COP29-dan sonra da davam edir: “COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir” -Prezident deyib.  

“Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür” deyərkən ehtimal ki, Preziden  yanvarın 20-də Donald Trampın rəsmən gorəvinə başlamayacaını nəzərdə tutur. Yeri gəlmişkən, ABŞ-ın seçki sisteminin daha bir qəribəliyi yeni prezidentinin vəzifəsinin icrasına başlamaq üçün 11 həftə gözləməsidir. Məsələn, Fransada prezident seçildikdən cəmi 10 gün sonra vəzifəsinə başlayır. Böyük Britaniyada səsvermənin ertəsi günü qalib gələn partiyanın lideri baş nazir olur. Əslində, ABŞ-ın əvvəllər seçilmiş prezidentləri vəzifələrinə başlamaq üçün daha çox - mart ayına qədər gözləyirdilər. Lakin 1933-cü ildən inauqurasiya günü 20 yanvar gününə təyin edildi...   

sry

 Trampın rəhbərlik etdiyi dövrdə Ağ Evin Cənubi Qafqaz  siyasətində nələr dəyişə bilər? Bundan əvvəlki hakimiyyəti dövründə siyasətinə rəğmən ümumi fikir belədir ki,  Tramp iqtidarı  Cənubi Qafqaz ölkələri ilə Bayden administrasiyasının siyasətindən fərqli,  daha düşünülmüş siyasət quracaq.  Gürcüstanda və Azərbaycanda “xüsusi metodlarla” işləmək siyasəti aşkar uğursuz oldu. Bu ölkələrdə də ABŞ-a münasibət mənfi istiqamətdə dəyişdi. Ona görə də Trampın rəsmi görəvə başlayandan sonra Bakı ilə bərabər səviyyəli əməkdaşlığı daha gözləniləndir. Ən əsası Tramp administrasiyası dünyada da, Cənubi Qafqazda da  abitliyin qorunmasının strateji əhəmiyyətini anlamalıdır.  İnsan övladı dinc və hüzurlu dünyada yaşmağı haqq edir... 

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr