Gürcüstanın sabiq prezident Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.
"Həbsxana qrafiki səbəbindən yalnız bu gün, gecikmə ilə, Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verə bilirəm.
Həlak olanların ailələrinin kədərini bölüşür və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Prinsipiallıq, yüksək ləyaqət göstərən, xalqının əsl lideri kimi çıxış edən Prezident İlham Əliyevin bütün həqiqəti söyləyən - Rusiya tərəfinin ikiüzlülüyünü, vəhşiliyini nümayiş etdirən hərəkətinə heyranlığımı ifadə etməyə bilmirəm” - deyə Mixail Saakaşvili bildirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta