Cəlilabad rayonunda evdə meyit aşkar olunub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Ağayev Aydın Hüseynağa oğlunun cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.
Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir.
Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.