1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Cəlilabad rayonunda evdə meyit aşkar olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.
Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir.
Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.