AZ

Hündürlükdən yıxılan kişi xəstəxanada öldü

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs müalicə aldığı xəstəxanada vəfat edib.

“İki sahil” "Report"a istinadən xəbər verir ki, ağır xəsarət alan 1973-cü il təvəllüdlü İ.Baxışov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, mərhum usta kimi çalışdığı məkanda hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
77
12
ikisahil.az

10Mənbələr