"Tesla" şirkətinin baş direktoru İlon Mask Las-Veqasda "Trump International Hotel" yaxınlığında "Tesla Cybertruck"ın partlamasına münasibət bildirib.
Publika.az xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Şirkətimizin yüksək səviyyəli peşəkarlardan ibarət komandası hadisə ilə bağlı araşdırma aparır. Əlavə məlumat əldə etdikcə ictimaiyyətə təqdim edəcəyik", - deyə Mask yazıb.
O, belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını vurğulayıb: "Biz heç vaxt belə bir şey görməmişik".