AZ

İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

OXU24.COM  xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

Seçilən
93
28
oxu24.com

10Mənbələr