Bakı. Trend:
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor PoladHəşimovun doğum günüdür.
Trend xəbərverir ki, qəhrəman zabitin dünyaya gəlişindən 50 il ötür.
General-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələrayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıtşəhərinə köçdüyündən buradakı 28 və 34 nömrəli məktəblərdə ortatəhsil alıb. Sonra o, taleyini hərbçi peşəsinə bağlamaq üçün indikiHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və buxüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən general-mayor ali hərbi rütbəsinədəkyüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıyaqoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səygöstərib.
2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyününqorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusuqarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinəgörə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixliSərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətəgörə” ordeni ilə təltif edilib.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanıtərəfindən Polad Həşimova general-mayor ali hərbi rütbəsiverilib.
Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistandövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarınınqarşısını alarkən qəhrəmancasına şəhid olub. AzərbaycanRespublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamıilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adınalayiq görülüb.