AZ

Türkiyə ABŞ-a başsağılığı verdi

Türkiyə Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş verən hücuma görə başsağlığı verib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Luiziana ştatının Nyu-Orlean şəhərində baş verən hücumdan dərin kədər duyulduğu bildirilərək, həyatını itirənlərin yaxınlarına başsağlığı verildiyi, yaralılara şəfa diləndiyi qeyd edilib. 

Açıqlamada hücumun səbəbinin yaxın zamanda üzə çıxacağına və məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəyinə ümid edildiyi bildirilib.

Qeyd edək ki, ABŞ-ın Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 15 nəfər ölüb, 35 nəfər yaralanıb.



Seçilən
82
8
trt.net.tr

10Mənbələr