1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb.
Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.
Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan mütəxəssis Türkiyə Superliqasını və Kubokunu qazanıb.