AZ

Monteneqroda silahlı insident nəticəsində 12 nəfər ölüb

Podqoritsa, 2 yanvar, AZƏRTAC

Monteneqronun Çetinye şəhərində silahlı insident nəticəsində 12 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, ölənlər arasında 10 və 13 yaşlı iki azyaşlı da var. Qətlə yetirilən uşaqların təsadüfi yoldan keçənlər olduğu ehtimal edilir. İnsident nəticəsində 4 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, 45 yaşlı Ako Martinoviç şəhərin Bayitse bölgəsindəki əyləncə məkanında odlu silahdan istifadə edərək çox sayda insanı qətlə yetirib. O, binanı silahlı şəkildə tərk edib və hadisə yerindən qaçıb.

Həlak olanlarla qohumluq əlaqələri olan A. Martinoviç polis onu saxlayan zaman özünə xəsarətlər yetirərək intihara cəhd edib və xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda vəfat edib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Seçilən
93
1
azertag.az

2Mənbələr