AZ

İŞIQ, QAZ və SU PULLARI QALXDI - Yeni qiymətlər (YENİLƏNİB)

Azərbaycanda yeni elektrik enerjisi tarifləri bahalaşıb.

Mia.az istinadən xəbər verir ki, təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

Azərbaycanda təbii qazın tarifləri qalxıb.

Mia.az istinadən xəbər verir ki, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.

48 % abonent üzrə - 32 qəpik,

39 % abonent üzrə - 1 manat 43 qəpik,

13 % abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 %) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

***

Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər tənzimlənib.

Mia.az istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib.

Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1 015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1 635 manat məbləğində müəyyən edilib.

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.

Mia.az istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.

Seçilən
92
48
mia.az

10Mənbələr