Ötən ilin dekabrın 29-da Ərdəbildə İranın Ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısı İlham Əliyevə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr səsləndirilib. Yaxın Şərqdə ağır məğlubiyyətə uğrayan və Suriyadan biabırçı şəkildə qaçmağa məcbur olan Tehran rejimi bu cür davranışları ilə bir növ daxili auditoriyanın fikrini başqa istiqamətə yönəltməyə və öz biabırçı məğlubiyyətini gizlətməyə çalışır. Ərdoğanın isə hədəf seçilməsi Türkiyənin Suriyadakı mövqelərinin güclənməsindən və İran hərbçilərinin bu ölkədən qaçması ilə bağlıdır. İran Suriyada Türkiyənin təsir riçaqlarının güclənməsi və əsas söz sahibinə çevrilməsini həzm edə bilmədiyi üçün bu cür iyrənc yola əl atıb. Amma Tehran rejimi anlamalıdır ki, Suriyada Türkiyə tək deyil və Azərbaycanda qardaş ölkənin yanındadır. Bunu bir neçə gün bundan öncə İlham Əliyevin Ərdoğana telefon zəngi və söhbət zamanı Azərbaycanın Suriyada Türkiyənin yanında olması fikirləri də sübut edir. Çox ehtimal ki, iki liderin Suriya ilə bağlı mövqeyi Tehran rejimində qıcıq yaradıb. Bundan əlavə, İlham Əliyevin sərgilədiyi siyasət və regionda Azərbaycanın söz sahibinə çevrilməsi İran rejimini narahat etməyə bilməz. Fars mollaları dövlət başçısının ünvanına tərbiyəsiz ifadələr işlətməklə İlham Əliyevin nüfuzuna xələl gətirməyə çalışır. Çünki Tehran rejimi Azərbaycan liderinin praqmatik, çevik siyasətini həzm edə bilmir və qətiyyətli mövqeyindən hər zaman narahat olur. Amma İran nə qədər də bu cür iyrənc yollara əl atmağa çalışsa da onların bütün arzuları puça çıxmış olacaq. Çünki Azərbaycan xalqı da hazırda İlham Əliyevin siyasətini dəstəkləyir və hər zaman öz liderinin arxasındadır.Əslində iranlı molla bu cür qeyri-etik ifadələrlə təkcə Azərbaycanda yaşayan soydaşlarımızı yox, bütün dünya azərbaycanlılarını aşağılayıb.Ameli unudub ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır və bu ölkədə ciddi narahatlıq doğura, hətta hakimiyyətə qarşı ciddi etirazlara səbəb ola bilər. Hər kəsə məlumdur ki, fars molla rejimi hər zaman Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı basqı altında saxlayır və onların haqqlarını tapdalayır. Tehran rejiminin dekabrın 29-da isə səsləndirdiyi qeyri-etik ifadələr əslində bardağı daşıran son damla oldu və cənubda yaşayan soydaşlarımızın da ciddi etirazlarına səbəb ola bilər. Getdikcə azğınlaşmağa başlayan molla rejimi bu cür davranışlarına görə Azərbaycan xalqından və onun dövlət başçısından üzr istəməli və iki ölkə arasındakı körpüləri daha da yandırmamalıdır.Xatırladaq ki, məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılıb. Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.Görünən odur ki, fars molla rejimi düşdüyü ağır vəziyyətdən və Yaxın Şərqdəki biabırçı məğlubiyyəti ört-basdır etmək üçün bu yolu seçib. Amma Tehran rejimi anlamalıdır ki, bu onlar üçün çıxış yolu deyil, əksinə bu cür davranışları ilə iki ölkə arasındakı münasibətləri daha da baltalayacaqlar. İran hələ də anlamaq istəmir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir dövlət tutduğu mövqedən geri çəkə bilməz.Qeyd edək ki, tanınmış media mənsubu, Azərbaycanın tanınmış əməkdar jurnalisti Azər Həsrət də hətta bu rejimə qarşı İranda yaşayan azərbaycanlıları açıq etiraza səsləyib. O, özünün sosial media hesabında video paylaşıb və məsələyə belə münasibət bildirib: "İrandakı “din adamları”nın bu cür tərbiyəsizlikləri ilk dəfə yaşanmır və onlar din adı altında bu cür qeyri-etik davranışlar sərgiləyir. Ona görə də Cənubi azərbaycanlı bacı və qardaşlarımız hərəkətlənməlidir və farsların əlaltısı kimi yaşamaqdan qurtulmalıdır. Bununla da İranın cənubunda müstəqil bir türk dövləti yaradılmalıdır. Bu prosesi sürətləndirmək üçün Cənubdakı soydaşlarımız ayaqlanmalı və bu işi gecikdirilməməlidir",- deyə Azər Həsrət vurğulayıb.Daşqın HəsənovMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta