AZ

Pakistan Milli Assambleyasının sədri İslamabaddakı səfirliyimizi ziyarət etdi

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

“A.Sadiq AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası dekabrın 25-i Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib.


Müəllif: Teleqraf.com
Seçilən
68
6
teleqraf.com

10Mənbələr