AZ

Amerikalı diplomatdan XƏBƏRDARLIQ: ABŞ tezliklə İrana hücum edə bilər

ABŞ Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə edə bilməsə, İrana qarşı hərbi addımlar ata bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi elçisinin keçmiş müavini Riçard Nefyu "Foreign Affairs" jurnalı üçün yazdığı məqalədə bildirib.

“Vaşinqton İranın nüvə silahı istehsal etməsinə hazır deyilsə, tezliklə İrana hücum etməkdən başqa çarəsi qalmaya bilər”, - deyə diplomat yazıb.

Məqalədə qeyd olunub ki, Birləşmiş Ştatlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından dərhal sonra Tehranın nüvə proqramına son qoymaq üçün danışıqlarda son bir cəhd etməlidir.

Xatırladaq ki, dekabrda Fransa və Böyük Britaniya hökumətləri İranın zənginləşdirilmiş uran istehsal gücünü 60%-ə çatdırmaq üçün atdığı addımları pisləyib.

Bizim.Media

Seçilən
90
50
bizim.media

10Mənbələr