AZ

Azər Baxşəliyev vəfat edib? — YENİLƏNDİ

Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.


Demokrat.az xəbər verir ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.

A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.

Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb. Evli idi, bir övladı yadigar qalıb.

***15:51

Aktyor Azər Baxşəliyev vəfat edib.
 
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.
 
Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
 
A.Baxşəliyev daha çox "Ağsaqqal" obrazı ilə sevilib.
Seçilən
92
50
demokrat.az

10Mənbələr