Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:
"Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub"./oxu.az
Milli.Az