Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır.
SeherXeber.org xəbər verir ki, bu barədə Oxu.Az-a onun müalicə aldığı xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.
***
"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".
SeherXeber.org xəbər verir ki, bu barədə Oxu.Az-a onun həmkarı İlkin Həsəni məlumat verib.
O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
***
Aktyor Azər Baxşəliyev vəfat edib.
SeherXeber.org xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.
Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.