1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanı tərk edəcəyi təqdirdə idman geyimləri və ayaqqabı istehsalçısı "Adidas"la sponsorluq müqaviləsini itirə bilər.
Oxu.Az "The Telegraph"a istinadən xəbər verir ki, 900 milyon funt-sterlinq (təqribən 1,088 milyard avro) olan müqavilənin şərtlərinə əsasən, Mançester təmsilçisi İngiltərə Premyer Liqasında yerini itirərsə, şirkət anlaşmanı ləğv etmək hüququna malikdir. "Qırmızı şeytanlar" Çempionşipə düşəcəkləri təqdirdə şirkət digər variant kimi illik ödənişləri 450 milyon funt-sterlinqə qədər - iki dəfə azalda bilər.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 19 turdan sonra 22 xalla 14-cü yerdədir.