Ukrayna Prezidenti Volodimir Zelenski Suriya ilə diplomatik münasibətləri bərpa etmək planlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
“Ukrayna Suriyanın sabitləşməsi üçün bütün səylərə kömək edəcək. Suriya administrasiyası və dəstək verməyə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq üçün “Ukraynadan taxıl” proqramını quracağıq. Biz avropalılar və Amerika ilə əlaqə saxlayacağıq ki, dəstək mümkün qədər güclü olsun.
Yaxın Şərqdə daha çox sabitlik bütün tərəfdaşlar üçün daha çox sülh və ticarət deməkdir” - Zelenski qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta