AZ

Dünyanın ən yaşlı atı öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın ən yaşlı cins ərəb atı olan "Eçokett" ("Echoquette") 36 yaşında ölüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, at qəfil qaraciyər çatışmazlığından ABŞ-də həyatını itirib.
"Eçokett"in sahibi Endryu Haus onunla ilk tanışlıqlarından danışıb.
"Onu ilk dəfə 1993-cü ildə İsveçrədəki tövləsində görmüşdük. Başını yana əyərək maraqla bizə baxması dərhal bizi valeh etdi və onu həyatımızın ilk atı olaraq seçdik", - deyə o bildirib.
Haus ailəsi bildirib ki, "Eçokett" yeni dərman istifadəsi zamanı ortaya çıxan qəfil qaraciyər çatışmazlığından ölüb.
"Əgər lazımi testlər aparılmış olsaydı, yəqin ki, bu problemi vaxtında aşkarlayıb tədbir görə bilərdik", - deyə ailə açıqlamasında qeyd edib.
Seçilən
81
50
oxu.az

10Mənbələr