1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rəsmi Tehran iranlı ayətullahın dövlət televiziyasında səsləndirdiyi təhqiramiz və təxribat xarakterli bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Bakıdakı müvəqqəti işlər vəkilini çağırması və ona etiraz notası təqdim etməsi barədə məlumatı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Hadisə ilə bağlı İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçili danışıb. O, bildirib ki, İranın siyasəti qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib.
"Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı ölkənin şimal-qərbində yerləşən şəhərlərdən birində bir nəfərin düşüncəsiz və yersiz bəyanatları ilə bağlı olub. Qeyd edək ki, bu cür bəyanatların hökumətin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur", - o bəyan edib.
Xatırladaq ki, yanvarın 1-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.