Yer kürəsində C/2024 G3 (ATLAS) kometası adi gözlə görünəcək, lakin Günəşə yaxınlaşdıqdan sonra sağ qala bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə astronom Stas Korotki bildirib.
Korotkinin fikrincə, kometa buzdan ibarətdir və ulduza yaxınlaşanda buxarlana bilir, bu zaman temperatur bir neçə min dərəcə Selsiyə çatacaq.
Eyni zamanda o qeyd edib ki, əgər kometa sağ qalsa, o zaman Yerdən onun parlaqlığı Veneranın parlaqlığı ilə müqayisə oluna bilər.