AZ

“Jeju Air” şirkətinin rəhbərinin Koreyadan çıxışına qadağa qoyulub

İstintaq qrupu 2 nəfərin, o cümlədən “Jeju Air” şirkətinin direktoru Kim E-baenin ölkədən çıxışına qadağa qoyub .”

Bu barədə Koreya Respublikasının Çolla Namdo vilayətinin polis idarəsi məlumat yayıb.

Müvafiq qadağa Muan aeroportunda axtarışlardan sonra tətbiq edilib.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.

© Azərtac

Seçilən
53
8
marja.az

10Mənbələr