“Sevilya” “Qarabağ”ın futbolçusu Olavio Juninyonun transferini tamamlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, Ağdam klubu İspaniya təmsilçisi ilə razılığa gəlib. “Ağdam klubu” bu transferdən bonuslarla birlikdə 4 milyon avro qazanacaq.
Juninyo isə “Sevilya” ilə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalayacaq. Braziliyalı forvardın bu müddətdə nə qədər qazanacağı açıqlanmayıb.