Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,28 faiz artaraq 79 ABŞ dolları təşkil edib.
Bolgə.TV xəbər verir ki, hazırda “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 76,76 ABŞ dollarıdır. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb