“Azəriqaz” İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildiirlib ki, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.
Məlumatda qeyd olunub ki, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.