"Azəriqaz" İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
“Azəriqaz”dan verilən məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.
Məlumata görə, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.
Xatırladaq ki, Ölkəmizin təbii qaz təsərrüfatında rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması məqsədilə Tarif (qiymət) Şurası tərəfindən yeni tariflər müəyyənləşdirilib. Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Dəyişikliklərə əsasən əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb. Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:
48% abonent üzrə - 32 qəpik;