AZ

“Şamaxı”dan növbəti TRANSFER

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, komanda Murad Vəliyevi heyətinə qatıb. 22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.

Qeyd edək ki, Estoniyanın “Levadiya”ya məxsus olan Vəliyev icarə əsasında “Nomme Yunayted”də çıxış edib.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
25
50
bizim.media

10Mənbələr