AZ

"Monako" Hütterlə müqaviləni uzadıb

Fransanın "Monako" klubu baş məşqçisi Adi Hütter ilə əmək müqaviləsini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Moneqaskların mətbuat xidməti məlumat yayıb.

Avstriyalı mütəxəssis 2023-cü ilin iyulundan “Monako”nun “sükanı arxası”ndadı.

54 yaşlı məşqçinin klubla yeni müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Qeyd edək ki, tərəflər arasında əvvəlki anlaşma cari mövsümün sonunda başa çatıb. 16 turdan sonra "Monako" 30 xalla Fransa çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Sabah, Hütterin komandası Fransa Superkubokunda PSJ ilə qarşılaşacaq. Matçın startı Bakı vaxtı ilə saat 20:30-a təyin edilib. 

Seçilən
66
90deqiqe.az

1Mənbələr