1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Co Bayden ölkənin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messini Prezident Azadlıq medalı ilə təltif edəcək.
Oxu.Az "ABC News"a istinadən xəbər verir ki, Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı digər rəsmi şəxslər də mükafatlandırılacaqlar.
Qeyd edək ki, Prezident Azadlıq medalı ABŞ prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.