Rusiya aviaşirkətinin iki təyyarəsində uçuşlar zamanı texniki nasazlığı yaranıb.
Paytaxt.org xəbər verir ki, “Ural Hava Yolları” şirkətinə məxsus “AirbusA321neo” təyyarəsi (Şarm-əl-Şeyx – Yekaterinburq reysi) 4500 metr yüksəklikdə sol mühərrikdə yaranan nasazlıq səbəbindən geri dönüb.
Digər hadisə “NordStar” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsində baş verib.
Məlumata görə, Volqoqrad – Yekaterinburq reysində sol mühərrikin sıradan çıxması ekipajı təyyarəni yenidən Volqoqrada qaytarmağa məcbur edib.
Musavat.com