Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Co Baydenin ölkənin ən yüksək mülki mükafatlarından birinin milyarder və Açıq Cəmiyyət Fondunun təsisçisi Corc Sorosa verilməsi barədə qərarını şərh edib.
Publıika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Baydenin Sorosa "Azadlıq medalı" verməsi alçaqlıqdır”, - deyə o yazıb.
Bundan əvvəl ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidentinin Corc Sorosa, futbolçu Lionel Messiyə və siyasətçi Hillari Klintona, eləcə də daha 16 nəfərə azadlıq medalları təqdim edəcəyi bildirilirdi.