İtaliya A Seriyasında 19-cu turun oyunları keçirilir.
hakimiyyet.az xəbər verir ki, "Fiorentina" və "Napoli" arasındakı matç qonaqların üstünlüyü ilə keçib.
Florensiyadakı "Stadio Artemio Franki" stadionunda "Napoli" rəqibini 0:3 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra Nyapol təmsilçisi 44 xalla yarış cədvəlinin zirvəsinə yüksəlib. "Bənövşəlilər" isə 32 xalla 6-cı pillədə qərarlaşıblar.