Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, - məlumatda deyilir.Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır.Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb.Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.