Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev vəfat edib.
Publika.az Axşam.az-a istinadən bildirir ki, hazırda mərhumla evində vida mərasimi keçirilir. Yaxınları, sənət adamları onunla vidalaşmaq üçün evinə toplaşıblar.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.