Böyük Britaniyada güclü qar səbəbindən bir neçə hava limanı bağlanıb.
Publika.az xəbər verir ki, Mançester hava limanı və Liverpulun Con Lennon aedroportu qar səbəbindən uçuş-enmə zolaqlarını müvəqqəti bağlayıb.
Mançester hava limanından verilən açıqlamada güclü qar müşahidə edildiyi bildirilib və komandanın uçuş-enmə zolaqlarını mümkün qədər tez təmizləmək üçün çalışıldığı vurğulanıb. Liverpul Con Lennon hava limanı isə uçuş-enmə zolağının bağlı olmasına baxmayaraq, fəaliyyətini davam etdirir.
Dünən axşam saatlarından etibarən Bristol hava limanında da uçuşlar dayandırılıb. Londonun Luton aeroportunda da oxşar vəziyyət yaşanıb. Burada da güclü qarın yağdığı müşahidə edilib. Hava limanının veb-saytında bəzi reyslərin gecikdiyi göstərilir.