AZ

“Azər istedadlı və yaxşı insan idi” - İslam Mehrəliyev

"Gözəl insan idi, heç vaxt əsəbiləşməz, reaksiya verməzdi".

Bu sözləri Oxu.Az-a açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı İslam Mehrəliyev deyib:

"Azərlə Sənət yoldaşı olmuşuq. "Xəzər TV"də "Meloman"verilişində birlikdə çalışmışıq. O, verilişin ideya müəllifi və redaktoru idi. Azər istedadlı və yaxşı insan idi. O, sənətdə də öz sözünü demişdi. Verilişdə nəsə olanda deyirdi ki, fikir vermə, əsəbiləşmə. "Xəzər TV"də vaxtaşırı verilişlərdə onunla görüşürdük.

Heç vaxt xəstəliyindən danışmırdı. Ancaq biz soruşanda deyərdi. Deyirdik ki, özünə fikir ver, belə şeylə zarafat olmaz. Həmişə gülürdü, zarafat edirdi. Son dəfə metronun "Elmlər Akademiyası" stansiyası tərəflərdə qarşılaşdıq. Azər o tərəflərdə yaşayırdı, dedi ki, "Bizim məhəllədə nə edirsən?", elə deyib-gülüb zarafat etdik. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı diləyirəm", - aktyor bildirib.

Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.


Telegram kanalımız
Seçilən
42
4
yenisabah.az

4Mənbələr