1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azər heç vaxt haqqında neqativ sözlər eşitmədiyimiz insan idi".
Bu sözləri Oxu.Az-a açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı Kənan Yusifov deyib:
"O, çox yaxşı qardaşımız idi. Həmişə gülərüz idi/ Bu sözləri şablon olaraq demirəm. Hər zaman nə işimiz düşsə idi, həmişə ona yarayırdı. Hər zaman xoş münasibətimiz olub. Qəbri nurla dolsun, ailəsinə də başsağlığı verirəm. Onu heç vaxt unutmayacağıq. Hər zaman bütün məsələlərə adekvat yanaşıb və nikbin olub. Azər ölümdən qorxmurdu. O, gülərüz yaşayıb, gülərüz də dünyadan köçdü".
Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.
Aygün Mirakif