Ötən gün vəfat edən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva onun dostlarından həyat yoldaşı ilə bağlı xahiş edib...
Poliqon xəbər verir ki, bu barədə İlkin Həsəni "Xəzər axşamı" verilişində danışıb. O deyib ki, Nigar onlardan Azərlə bağlı pozitiv xatirələrini bölüşməklərini istəyib:
"Azərin xanımı dedi ki, hamınızdan çox xahiş edirəm. Azərlə bağlı ancaq pozitiv şeylər paylaşın. Onun gülməyini, zarafatlaşdığı videoları bölüşün. İstəyirəm ki, onunla bağlı pozitiv xatirələr danışılsın. Xahiş edirəm, qəmli sözlər yazmayın, qəmli danışmayın. Biz də dostları olaraq buradayıq ki, onunla bağlı ancaq təbəssümlə danışmaq lazımdır". (olay)
Poliqon.info