“Turan Tovuz” sıralarına yeni oyunçu qatıb.
Bizim.Media xəbər verir ki, Premyer Liqanın ilk iki dövrəsindən sonra turnir cədvəlinin üçüncü pilləsində yer alan qərb təmsilçisi hücum xəttini gücləndirib. Belə ki, tovuzlular “Kəpəz”dən Orxan Əliyevlə anlaşıb.
Premyer Liqanın cari mövsümündə 7 qol vuran forvard artıq “Turan”ın düşərgəsindədir. O, Kurban Berdiyevin başçılıq etdiyi qafilənin tərkibində Türkiyəyə yollanan qafilədə yer alıb.
Orxan Əliyev Azərbaycan çempionatlarında 30 qol vurub. 29 yaşlı forvard indiyədək 169 matça çıxıb. Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta