Manqistau vilayətində Azərbaycan Hava Yollarına məxsus Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərini xilas edən təcili tibbi yardım şöbəsinin əməkdaşları mükafatlandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 10 əməkdaşı Aktau şəhərində baş vermiş təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlıq, cəsarət və fədakarlığa görə mükafatlandırılıb.
Ölkə rəhbəri Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq, Manqistau vilayətinin akimi Nurdaulet Kilybay tərəfindən əməliyyat iştirakçılarına mükafatlar təqdim edilib.
Gülayə Mecid