AZ

Yaponiyada nəhəng balıq 1,3 milyon dollara satıldı

Tokioda ilin ilk auksionunda çəkisi 276 kq olan mavi ton balığı 1,3 milyon dollara satılıb.

SeherXeber.org xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat yayıb.

Bildirilib ki, ton balığı Aomori prefekturasının şimalında tutulub.

Məlumata görə, restoranlar ən bahalı balığı dadmaq üçün növbəyə duran müştəriləri cəlb edir.

Əvvəllər hərraclar məşhur Tsukidzi bazarında aparılıb. Bu bazar ləğv edildikdən sonra Toyosu bazarı hərracın keçirildiyi məkan olub.

Seçilən
36
29
seherxeber.org

10Mənbələr