AZ

Türkiyə 87 gəmi, 20 min hərbçini ora göndərir

Türkiyə Qara dəniz, Egey və Aralıq dənizlərində eyni vaxtda 87 gəmi, 7 sualtı qayıq, 31 təyyarə və yerli-milli sistem və 20 min personalın iştirakı ilə "Mavi Vətən 2025" təlimini həyata keçirəcək.

Paralel.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, genişmiqyaslı təlimin məqsədi Türkiyə Silahlı Qüvvələrinin dəniz əməliyyatlarında hazırlığını, missiyanın səmərəliliyini artırmaq və koordinasiya bacarıqlarını təkmilləşdirməkdir.

Bu təlim Türkiyənin Qara dəniz, Egey dənizi və Aralıq dənizində eyni vaxtda dəniz effektivliyini və əməliyyat qabiliyyətini göstərəcək.

Seçilən
49
41
paralel.az

10Mənbələr