Boş bir mədədə istehlak edilən qidalar bədəninizdə gözlənilməz təsirlərə səbəb ola bilər. Mədə sağlamlığınızı qorumaq üçün hansı qidalardan uzaq durmağınız lazım olduğunu bilirsinizmi?
"Unikal" acqarına sağlamlığınıza mənfi təsir göstərən qidaları diqqətinizə çatdırır:
- Şəkər
Acqarına şəkər istehlakı qəfil qan şəkərini artırır və mədəaltı vəzi gərginləşdirir. Bu, uzun müddətdə insulin balansının pozulmasına səbəb ola bilər. Həm də ani enerji artımından sonra sürətlə azalmağa səbəb olur ki, bu da yorğunluq hissi yarada bilər.
- Çiy tərəvəz
Çiy tərəvəzləri acqarına istehlak etmək mədə narahatlığına səbəb ola bilər. Lif baxımından yüksək olan bu qidalar mədənizdə lazımsız gərginlik yarada bilər. Xüsusilə kələm və gül kələm kimi sərt tərəvəzlər qaz və şişkinliyə səbəb olur.
- Banan
Acqarına banan yemək bədəndə maqnezium səviyyəsini artırır. Bu, qan dövranı balansını poza və ürək ritmində problemlər yarada bilər. O, həmçinin mədənizdəki turşuluğu artıraraq narahatlığa səbəb ola bilər.
- Meyvəli yoqurtlar
Meyvəli yoqurtlar acqarına istehlak edilməsi mədədəki turşu səviyyəsini artırır və həzmi çətinləşdirir. Tərkibindəki şəkər səhər saatlarında qanda şəkərin qəfil dəyişməsinə səbəb olur. Bundan əlavə, qatığın faydalı bakteriyaları mədə turşusu ilə zədələnə bilər.
- Xiyar
Acqarına xiyar yemək mədənin selikli qişasının qıcıqlanmasına səbəb ola bilər. Böyük miqdarda istehlak edildikdə, ürək bulanması və mədə narahatlığına səbəb ola bilər.
- Turşu içkilər
Acqarına turşulu içkilər qəbul etmək mədə turşusunu artıra və mədə xorası riskini artıra bilər. Eyni zamanda, bu içkilər qanda şəkərin qəfil artmasına və mədənin qıcıqlanmasına səbəb ola bilər.