AZ

Avstraliyada təyyarə təkərləri partladığı üçün havaya qalxa bilməyib

Avstraliyanın Melburn şəhərində Etihad Airways-ə məxsus təyyarənin təkərləri havaya qalxarkən partlayıb.

Hadisənin videosunu UK Mirror nəşri dərc edib.

Kadrlardan görünür ki, təkərlər partladıqdan sonra təyyarə bir neçə yanğınsöndürən maşınla mühasirəyə alınıb, təkərlər isə yanğınsöndürən köpüklə doldurulub.

“Xəsarət alan olmayıb, 289 sərnişinin hamısı sağ-salamat təyyarəni tərk edərək terminala qayıdıblar”, – nəşr yazır.

Bundan əvvəl Cənubi Koreyada 200-ə yaxın insanı daşıyan Boeing 737 təyyarəsi qəzaya uğramışdı.

DOĞRU.AZ

Seçilən
71
dogru.az

1Mənbələr