AZ

İsrail girovların siyahısını hələ “HƏMAS”dan almayıb

İsrail danışıqlar zamanı Qəzza zolağı ilə bağlı müzakirə olunan razılaşma çərçivəsində radikalların azad etməyə hazır olduqları girovların siyahısını hələ də “HƏMAS”dan almayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman bildirib.
 

“Danışıqlar zamanı İsrail oğurlanan heç bir vətəndaşının adını almayıb”, - deyə o qeyd edib.


Qeyd edək ki, Fələstinin “HƏMAS” radikal qruplaşması Qəzza zolağında 100-dən çox israillini girov saxladığını bildirib.

Bizim.Media

Seçilən
41
31
bizim.media

10Mənbələr